Bakı. Trend:
Sumqayıtda təcili yardımın "103" qısa nömrəsinə zənglərdə problem yaranıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin rəsmi sosial media hesabında məlumat paylaşılıb.
Məlumata görə, problem texniki nasazlıqdan qaynaqlanıb:
"Baş vermiş texniki nasazlıq ilə əlaqədar Sumqayıt Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının “103” qısa nömrəsinə zənglərdə çətinlik müşahidə olunur", - məlumatda vurğulanıb.
Bildirilib ki, problem aradan qaldırılanadək təcili tibbi yardıma müraciət etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq xahiş olunur:
(018) 656-03-03
(018) 643-03-20
"Yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik. Problemin aradan qaldırılması istiqamətində müvafiq qurumla koordinasiyalı iş aparılır", - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatında qeyd edilib.
