Hörmüz boğazında ABŞ-yə məxsus PUA vurulub – SEPAH

Dünya xəbərləri Materials 3 Avqust 2026 15:59 (UTC +04:00)
Hörmüz boğazında ABŞ-yə məxsus PUA vurulub – SEPAH
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “MQ-9” pilotsuz uçuş aparatı vurulub.

Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yayımladığı məlumatda öz əksini tapıb.

“İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Aeronavtika Qüvvələrinin hava hücumundan müdafiə üzrə müasir texnikasından istifadə olunaraq Hörmüz boğazı səmasında “MQ-9” PUA-sı izlənilib və vurulub”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti