Gəncə prospektində yenə sürüşmə olub - Ərazi nəzarətdə saxlanılır

Hadisə Materials 3 Avqust 2026 12:40 (UTC +04:00)
Gəncə prospektində yenə sürüşmə olub - Ərazi nəzarətdə saxlanılır
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xətai rayonu, Gəncə prospektində yaşayış binasından 24–25 metr məsafədə yerləşən, hündürlüyü 12–16 metr, uzunluğu 140–150 metr olan sərt kəsilmiş yamacın 28–30 metrlik hissəsində sürüşmə prosesi baş verib.

Bu barədə Trend-in soğusuna cavab olaraq Geoloji Kəşfiyyat Agentliyindən məlumat verilib.

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib. Onun sözlərinə görə, sürüşən torpaq kütləsinin həcmi təxminən 4,5–5 m³ təşkil edir.

"Ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür".

Qeyd edək ki, Xətai rayonu Əhmədli qəsəbəsində torpaq uçqunu olduğu barədə sosial mediada görüntülər yayılıb.

Hadisənin Gəncə prospektində yeni tikilmiş binalardan birinin yaxınlığında baş verdiyi qeyd olunub.Təpəlik ərazidən uçan torpaq qatı orada parklanmış avtomobillərin üzərinə düşdüyü üçün bir neçə nəqliyyat vasitəsi zərər görüb.

Xatırladaq ki, həmin ərazidə əvvəllər də bir neçə dəfə torpaq sürüşməsi olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti