İnfantino vəzifəsini qorumaq üçün Tramp administrasiyasından dəstək istəyir

İdman Materials 4 Avqust 2026 01:10 (UTC +04:00)
İnfantino vəzifəsini qorumaq üçün Tramp administrasiyasından dəstək istəyir
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

FİFA prezidenti Canni İnfantinonun vəzifəsini qorumaq üçün ABŞ prezidenti Donald Tramp administrasiyasından dəstək istədiyi və bu məqsədlə bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ilə qapalı görüş keçirməyə çalışdığı bildirilir.

Bu barədə "The New York Post" məlumat yayıb.

Nəşrin mənbələrinin iddiasına görə, Dünya Çempionatının kommersiya hüquqlarını Coş Kuşnerin rəhbərlik etdiyi özəl investisiya şirkətinə satmaq planına görə İnfantinoya istefa verməsi üçün təzyiqlər artır.

"Məqsədi dövlət katibi ilə danışaraq futbolun ABŞ üçün "yumşaq güc" aləti ola biləcəyini izah etmək idi. Amma hamımız bilirik ki, məsələ vəzifəsini qorumaqdan ibarətdir", - deyə məlumatlı mənbələrdən biri bildirib.

Digər mənbənin sözlərinə görə, İsveçrə-İtaliya əsilli FİFA rəhbəri son günlər mediada yayılan tənqidi materiallardan sonra özünü "təcrid olunmuş" hiss edir.

"İnfantino nüfuzlu şəxslərin açıq şəkildə ona dəstək verməsini istəyir", - mənbə qeyd edib.

Məlumata görə, İnfantino bazar ertəsi səhər Marko Rubio ilə telefon danışığı keçirməyə ümid edirdi. Lakin ABŞ Dövlət Departamenti belə bir danışığın planlaşdırılmadığını bildirib. Günün ikinci yarısına qədər də bu danışıq baş tutmayıb.

FİFA-dakı yüksəkvəzifəli mənbə isə zəngin əvvəlcədən planlaşdırıldığını, lakin "The New York Post" qəzetinin eksklüziv materialından sonra yaranan "arzuolunmaz diqqət" səbəbindən ləğv edildiyini iddia edib.

Mənbələrin sözlərinə görə, 56 yaşlı İnfantino cümə günü Dünya Çempionatının kommersiya aktivlərinin özəl investorlara satılması planı iflasa uğradıqdan sonra 80 yaşlı Donald Trampla da dəfələrlə əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti