Bakı.Trend:
Fransa polisi meşə yanğınlarının baş verməsində şübhəli bilinən 375 nəfəri saxlayıb.
Bu barədə “Le Figaro” qəzeti ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Saxlanılanlardan 142-si yetkinlik yaşına çatmayanlardır.
Bundan əvvəl Fransanın Baş naziri Sebastyen Lekornü ölkədə meşə yanğınları ilə bağlı vəziyyətin ümumilikdə nəzarət altında olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə Fransanın cənub-qərbində yerləşən Jirond departamentində baş vermiş meşə yanğını lokallaşdırılıb. Eyni zamanda, ölkənin cənubundakı Var departamentində yanğınsöndürənlər hələ də alovu tam nəzarət altına ala bilməyiblər.
Bu il Qərbi Avropada, xüsusilə İspaniya və Fransada baş verən meşə yanğınları rekord miqyasda olub. Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, yanğınların söndürülməsi üçün Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində 13 təyyarə, 4 helikopter və Aİ-nin müxtəlif ölkələrindən yüzlərlə yanğınsöndürən səfərbər edilib.
