Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb, azı 139 yaralı var

Hadisə Materials 2 Avqust 2026 07:42 (UTC +04:00)
Earthquake

Bakı. Trend:

Yaponiyanın Kyuşu adasındakı Kumamoto prefekturasında iyulun 28-də baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb, azı 139 yaralı var.

Bu barədə "Associated Press" agentliyi xəbər verib.

Bildirilib ki, təxminən 69 min ev təsərrüfatında su kəsintiləri davam edir. Ən azı 9200 insan fəlakət baş verdikdən sonra köçürüldükləri təxliyə mərkəzlərində qalır.

Qeyd edək ki, ölkədə 7,1 bal gücündə qeydə alınan zəlzələ son illərin ən güclü yeraltı təkanlarından biri olub. Xilasetmə və təcili yardım xidmətlərindən əlavə, Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4600 üzvü zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində iştirak edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti