Bakı.Trend:
ABŞ və İsrail İrana qarşı quru blokadasının tətbiqi imkanını nəzərdən keçirirlər.
Bu barədə “The Daily Telegraph” qəzeti yüksək vəzifəli İsrail mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, quru blokadası İrana iqtisadi təzyiq göstərilməsi variantlarından biri hesab olunur. Bildirilir ki, planın həyata keçirilməsi üçün ABŞ və İsrail İranın qonşu ölkələrinə sərhəd-keçid məntəqələrini bağlamaq və ya tranzit qaydalarını sərtləşdirmək məqsədilə təzyiq göstərməlidirlər. Bununla da İslam Respublikası ilə ticarətin məhdudlaşdırılması nəzərdə tutulur.
“The Daily Telegraph” vurğulayır ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Hörmüz boğazının açılmasına yönəlmiş hazırkı hərbi strategiyanın öz imkanlarını tükətdiyini hesab etdiyi üçün quru blokadası variantını nəzərdən keçirir.
Ağ Evin nümayəndəsi isə bildirib ki, Trampın "ixtiyarında bütün variantlar mövcuddur".
