AMB neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb

İqtisadiyyat Materials 31 İyul 2026 11:17 (UTC +04:00)
AMB neft-qaz qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bizim proqnozlarımıza görə, 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 87,7 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 327 ABŞ dolları olacaq.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.

"2027-ci il üzrə isə neftin 1 barelinin orta qiyməti 82,8 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 294 ABŞ dolları olacağını gözləyirik", - o vurğulayıb.

Qeyd edək ki, AMB-nin sonuncu proqnozunda 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 84,5 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 324 ABŞ dolları olacağı, 2027-ci il üzrə isə neftin 1 barelinin orta qiyməti 78 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 290 ABŞ dolları olacağı açıqlanmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti