Bakı. Trend:
Cari əməliyyatlar balansının (CƏB) proqnozu orta müddətdə müsbətdir. Bu il CƏB profisitinin 6,1 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə gələn il üzrə isə CƏB profisitinin 5,2 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, sonuncu mətbuat konfransında bu il üzrə CƏB profisitinin 5,5 milyard ABŞ dolları səviyyəsində olacağı, gələn il üzrə isə CƏB profisitinin 4,4 milyard ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılmışdı.
