Qazaxıstanla Azərbaycanı birləşdirəcək fiber-optik kabel xəttinin çəkilməsinə başlanılıb

İqtisadiyyat Materials 31 İyul 2026 11:04 (UTC +04:00)
Qazaxıstanla Azərbaycanı birləşdirəcək fiber-optik kabel xəttinin çəkilməsinə başlanılıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək Transxəzər Fiber-Optik Kabel xəttinin (FOCL) tikintisinə başlanılıb.

Bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

"Əvvəllər Çindən Kurık limanına çatdırılmış optik kabel, həmçinin ümumi çəkisi 600 ton olan üç iri kabel səbəti xüsusi logistika gəmisinə yüklənərək Bakıya gətirilib. Hazırda bu daşıma səbətləri tam boşaldılıb və bütün rəqəmsal magistral gəminin üzərində yerləşən xüsusi kabel çəninə (cable tank) uğurla köçürülüb. Bununla da gəmi Sumqayıt limanından yola düşərək Aktau limanı istiqamətində xəttin çəkilişinə başlayıb", – deyə nazirlikdən bildirilib.

Bu işlərin icrası üçün su tutumu 20 min tondan çox olan, müasir dinamik mövqeləndirmə sistemi ilə təchiz edilmiş kabeldöşəyən gəmi cəlb olunub. Gəmidə texniki nəzarət üzrə mütəxəssislər və "Kazakhtelecom" ASC-nin nümayəndəsi də daxil olmaqla 70 nəfərlik heyət çalışır.

Layihə "Kazakhtelecom" ASC və "AzerTelecom Int." MMC tərəfindən yaradılmış "CaspiLink B.V. "(əvvəlki adı Caspinet B.V.) birgə müəssisəsi tərəfindən həyata keçirilir. Gəminin göyərtəsində fövqəladə hallar və ya kabelin zədələnməsi ehtimalına qarşı xüsusi birləşdirmə otağı (Jointing Room) qurulub. Hazırda burada kabelin həm Qazaxıstan, həm də Azərbaycan hissələrinin ucları yerləşir və bütün nüvələri, eləcə də optik liflər artıq sınaqdan uğurla keçirilib.

"Əlverişli hava şəraiti olduğu təqdirdə, dənizin dibi ilə kabelin birbaşa çəkilişinin 15–20 gün ərzində başa çatdırılması gözlənilir. Texnoloji, işəsalma və sazlama işlərinin bütün kompleksinin icra müddəti isə müvafiq qərara əsasən 2026-cı ilin sonunadək müəyyən edilib", – deyə nazirlikdən bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti