Prezident İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq

Siyasət Materials 31 İyul 2026 10:03 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Çolpon-Ata. Trend:

Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəliblər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata birgə bəyanatında bildirib.

“Bu gün biz Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə razılığa gəldik. Əminəm ki, bu, son hədd deyil, çünki Fondun fəaliyyəti ilə bağlı aldığımız təqdimat onun konkret məzmunla zənginləşdirildiyini göstərir”, - deyə dövlət başçısı vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti