Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp HƏMAS hərəkatının və Qəzza zolağında fəaliyyət göstərən digər silahlı qrupların tam silahsızlaşdırılmasını nəzərdə tutan razılaşmanın əldə olunduğunu bəyan edib.
Bu barədə Tramp, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
"Bu gün Sülh Şurası HƏMAS-ın və Qəzza zolağındakı bütün digər
silahlı qruplaşmaların tam silahsızlaşdırılmasını nəzərdə tutan
tarixi razılaşmanı təsdiqləyib. Bu addım bölgədə uzunmüddətli
sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm
irəliləyişdir", - deyə Tramp bildirib.