Qarabağ Universitetində ən yüksək və ən aşağı bal tələbli ixtisaslar hansılardır?

Cəmiyyət Materials 31 İyul 2026 10:53 (UTC +04:00)
Qarabağ Universitetində ən yüksək və ən aşağı bal tələbli ixtisaslar hansılardır?
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ Universiteti növbəti tədris ili üçün ixtisaslar üzrə keçid ballarını təyin edib.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul aparılacaq ixtisaslar üçün minimal bal tələblərini müəyyən edib.

Ən yüksək keçid balı hüquqşünaslıq və tibb ixtisasları üzrədir. Belə ki, bu ixtisaslar üzrə minimal bal tələbi 600 baldır. Stomatologiya ixtisası üzrə isə keçid balı 550 bal kimi müəyyənləşdirilib.

450 balla isə Mühəndislik fakültəsi üzrə bir neçə ixtisası, həmçinin tibb üzrə bacısı və əczaçılıq ixtisaslarını seçmək mümkündür.

Ən aşağı keçid balı isə turizm işinin təşkili ixtisası üzrədir. Bu ixtisasda minimal bal tələbi 250-dir.

"Beynəlxalq tədris proqramları, peşəkar akademik heyəti və müasir infrastrukturu ilə Qarabağ Universiteti yüksək nəticə əldə etməyi hədəfləyən abituriyentləri gözləyir", - məlumatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti