Bakı.Trend:
Kanadanın Vinnipeq şəhərində naməlum şəxslər İslam mərkəzinə hücum edib.
Bu barədə "CBC" telekanalı məlumat yayıb.
Hadisə cümə axşamına keçən gecə baş verib. Müşahidə kameralarının görüntülərinə əsasən, iki naməlum şəxs avtomobillə mərkəzin binasına yaxınlaşaraq ora odlu silahlardan atəş açıb. Daha sonra daha iki naməlum şəxs həmin binaya yaxınlaşaraq bir neçə pəncərəni sındırıb.
Mərkəzin nümayəndələrinin bildirdiyinə görə, hücum zamanı binanın daxilində insanlar olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma başlanılıb.
