Pentaqon rəhbəri Netanyahu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Dünya xəbərləri Materials 30 İyul 2026 12:13 (UTC +04:00)
Pentaqon rəhbəri Netanyahu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pentaqon rəhbəri Pit Heqset İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri zamanı onunla görüşərək, ikitərəfli hərbi əməkdaşlığın dərinləşdirilməsi ətrafında müzakirələr aparıb.

Bu barədə ABŞ-nin müharibə naziri Pit Heqset rəsmi “X” səhifəsində yazıb.

"Pentaqondakı komandamın üzvləri, o cümlədən siyasət məsələləri üzrə müavinim Elbric Kolbi və ictimaiyyətlə əlaqələr üzrə köməkçim Şon Parnell İsraillə müdafiə tərəfdaşlığımızın möhkəmliyini və təhlükəsizlik sahəsində ümumi maraqlarımızın irəlilədilməsinə sadiqliyimizi bir daha təsdiqləmək üçün danışıqlarda mənə qoşuldular", – deyə Pentaqonun rəhbəri "X" sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, iyulun 28-də Netanyahu Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparıb. İsrailin Baş naziri həmin görüşü indiyədək keçirilən görüşlər arasında "ən yaxşılarından biri" kimi qiymətləndirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti