Almaniyada anomal istilər – Ölənlərin sayı 10 minə yaxınlaşır

Dünya xəbərləri Materials 30 İyul 2026 12:47 (UTC +04:00)
Almaniyada anomal istilər – Ölənlərin sayı 10 minə yaxınlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə Almaniyada anomal istilərin fəsadları nəticəsində artıq təxminən 10 min nəfər həyatını itirib.

Bu barədə Almaniya Federal Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Robert Kox İnstitutunun (RKI) həftəlik hesabatında bildirilib.

Hesabata əsasən, iyulun 19-na olan vəziyyətə görə istilərin təsiri ilə əlaqələndirilən ölüm hallarının təxmini sayı 9,8 min nəfər təşkil edib. Bu göstərici 2016-cı ildən bəri istənilən tam təqvim ili üzrə qeydə alınan rəqəmdən daha yüksəkdir. İnstitut qeyd edib ki, son 10 ildə istilərlə bağlı ölüm hallarının ən yüksək səviyyəsi buna qədər 2018-ci ildə qeydə alınmışdı.. Həmin il ərzində təxminən 9 min nəfər həyatını itirmişdi.

2026-cı ildə qeydə alınan ölüm hallarının böyük hissəsi – 5 mindən çoxu – iyunun ikinci yarısındakı isti günlərin payına düşüb. Həmin dövrdə Almaniyanın bir çox bölgəsində havanın temperaturu 40 dərəcə Selsiyə yaxınlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti