AMB cari əməliyyatlar hesabının profisiti proqnozunu artırıb

İqtisadiyyat Materials 31 İyul 2026 10:09 (UTC +04:00)
AMB cari əməliyyatlar hesabının profisiti proqnozunu artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu artım istiqamətində dəyişdirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

"Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin I yarısında ölkənin xarici ticarətində 8 milyard ABŞ dollarına yaxın məbləğdə müsbət saldo qeydə alınıb. İlkin məlumatlara görə, yanvar-iyun aylarında pul baratları üzrə saldo (yəni daxilolmalarla xaricolmaların fərqi) 540.6 mln. ABŞ dolları təşkil etməklə ötən ilin müvafiq dövrünə nəzərən 82.8% artıb. Mərkəzi Bankın 2026-cı ilin sonuna və 2027-ci ilə cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu artım istiqamətində dəyişdirilib. Bu, cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi, eləcə də qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi ilə bağlıdır", - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti