İsrail F-35 qırıcı təyyarəsinə bənzər pilotsuz uçuş aparatı yaratmaq istəyir

Dünya xəbərləri Materials 30 İyul 2026 08:12 (UTC +04:00)
İsrail F-35 qırıcı təyyarəsinə bənzər pilotsuz uçuş aparatı yaratmaq istəyir

Bakı. Trend:

İsrail xüsusiyyətlərinə görə ABŞ-nin F-35 qırıcısından geri qalmayacaq döyüş pilotsuz uçuş aparatının yaradılmasını planlaşdırır.

Bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, İsrail ABŞ-ın hərbi yardımından asılılığı tədricən azaltmağı və bunu silahların birgə hazırlanması və istehsalı proqramları ilə əvəz etməyi planlaşdırır. Bu plan çərçivəsində F-35 qırıcısı ilə müqayisə oluna biləcək döyüş pilotsuz uçuş aparatının hazırlanması nəzərdə tutulur.

Agentliyin mənbəsi bildirib ki, layihənin hazırlanmasında digər ölkələr də iştirak edə bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti