İran ABŞ-nin Küveytdəki aviabazasına PUA hücumu edib

Dünya xəbərləri Materials 31 İyul 2026 09:38 (UTC +04:00)
İran ABŞ-nin Küveytdəki aviabazasına PUA hücumu edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran ordusu Küveytdə yerləşən Əhməd Əl-Cabir aviabazasındakı ABŞ-yə məxsus strateji hərbi obyektlərə PUA hücumları həyata keçirib.

“Təsnim” xəbər agentliyinin yaydığı bəyanatda bildirilir ki, hücum zamanı PUA-lardan istifadə edilməklə anqarlar, peyk rabitə sistemləri və avadanlıq anbarları hədəfə alınıb.

Ordu bu əməliyyatın ABŞ-nin son hücumlarına cavab olaraq həyata keçirildiyini bəyan edib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti