Fransadan meşə yanğını ilə əlaqədar 40-dan çox xəstəxana boşaldılıb

Dünya xəbərləri Materials 30 İyul 2026 00:26 (UTC +04:00)
Fransadan meşə yanğını ilə əlaqədar 40-dan çox xəstəxana boşaldılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın cənub-qərbindəki Jirond departamentində tüğyan edən meşə yanğınları səbəbindən 42 xəstəxanadan tibb personal və pasiyentlər təxliyə edilib.

Bu barədə Fransa KİV-də məlumat yayılıb.

"42 tibb müəssisəsində təxliyə həyata keçirilib", – deyə nazir bildirib.Onun sözlərinə görə, regiona əlavə 5 milyon tibbi maska göndərilib. Ümumilikdə xəstəxanalardan 4,2 mindən çox insan təxliyə olunub.

Ölkə tarixində ən böyük meşə yanğınının söndürülməsi üçün Jirond departamentinə, o cümlədən İsveçrədən gələn əməkdaşlar da daxil olmaqla, təxminən 2,5 min yanğın-xilasetmə xidməti əməkdaşı cəlb olunub. Onlara 1,5 min Fransa hərbçisi və təxliyənin təşkilini həyata keçirən, eləcə də fəlakət zonasının təhlükəsizliyini təmin edən 1,2 min polis əməkdaşı dəstək verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti