TƏBİB Balakən xəstəxanası ilə bağlı yayılan iddialara aydınlıq gətirib

Cəmiyyət Materials 28 İyul 2026 17:13 (UTC +04:00)
TƏBİB Balakən xəstəxanası ilə bağlı yayılan iddialara aydınlıq gətirib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Balakən Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir.

"Sosial şəbəkələrdə Balakən Rayon Mərkəzi Xəstəxanası ilə bağlı yayılan videogörüntü tibb müəssisəsi tərəfindən araşdırılıb. Araşdırma zamanı videoda səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyi müəyyən olunub. Məlum olub ki, vətəndaşa həkim təyinatına uyğun olaraq dərman preparatları vaxtında və tam həcmdə verilib. Videoda qeyd edildiyi kimi, dərman təminatında hər hansı problem olmayıb. Vətəndaşın sonradan əlavə dərman tələbi isə tibbi göstəriş olmadığı üçün təmin edilməyib", - məlumatda bildirilib.

Vurğulanıb ki, bu fakt aptek qeydiyyat jurnalı və digər aidiyyəti sənədlərlə təsdiqlənir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntüdə vətəndaş xəstəxanada baş həkimi tapa bilmədiyini iddia edir. Onun sözlərinə görə, baş həkim xəstəxanada olmadığı üçün günlərdir sənədi imzalatdıra və dərman ala bilmirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti