Bakı.Trend:
“Kavinsky” təxəllüsü ilə tanınan tanımış fransız dicey Vensan Belorje Parisin 18-ci dairəsində yerləşən evində ölü tapılıb.
Bu barədə "Le Figaro" qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 50 yaşlı musiqiçinin ölümünə səbəbin insult olduğu ehtimal edilir. Bildirilib ki, Vensan Belorje son vaxtlar tez-tez baş ağrılarından şikayət edirmiş.
Paris Prokurorluğu faktla bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Vensan Belorje yaradıcılığı dövründə doqquz albom buraxıb. Onun ən məşhur əsərlərindən biri 2010-cu ildə təqdim olunan və 2011-ci ildə Rayan Qoslinqin baş rolda çəkildiyi ABŞ istehsalı "Drive" ("Sürücü") filmində istifadə edilən "Nightcall" kompozisiyasıdır. Kavinsky bu əsəri ilə həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış edib.
