İran ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə hücum edib - CENTCOM

Dünya xəbərləri Materials 29 İyul 2026 03:44 (UTC +04:00)
İran ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinə hücum edib - CENTCOM
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Şərq vaxtı ilə saat 17:45-də İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdə yerləşdirilmiş ABŞ qüvvələrinə qəfil hücum cəhdi məqsədilə İrandan bir neçə ballistik raket buraxıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat verib.

"İranın buraxdığı bütün raketlər uğurla zərərsizləşdirilib. ABŞ qüvvələri ayıq-sayıqlığını qoruyur və yüksək döyüş hazırlığı vəziyyətindədir", - deyə məlumatda bildirilib.

Xəbər lenti

Xəbər lenti