Səudiyyə XİN rəhbəri həmkarları ilə İran müharibəsini müzakirə edib

Dünya xəbərləri Materials 28 İyul 2026 10:35 (UTC +04:00)
Səudiyyə XİN rəhbəri həmkarları ilə İran müharibəsini müzakirə edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, həmçinin Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əl-Sabah ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Bu barədə Səudiyyə Ərəbistanının dövlət mediası məlumat yayıb.

Məlumata görə, iki telefon danışığı zamanı nazirlər regiondakı son vəziyyəti, eləcə də regional təhlükəsizlik və sabitliyin qorunması məqsədilə birgə səylərin gücləndirilməsi və dəstəklənməsi yollarını müzakirə ediblər.

Onlar, həmçinin İranın və onun Yəmən və İraqdakı terrorçu qruplaşmalarının Səudiyyə Ərəbistanına və regionun digər ölkələrinə qarşı həyata keçirdiyi hücumları pisləyib və qətiyyətlə qınayıblar.

SPA-nın məlumatına görə, şahzadə Feysəl Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband ilə də telefon danışığı aparıb. Miliband söhbət zamanı husilərin Səudiyyə Ərəbistanına qarşı hücumlarını pisləyib.

Məlumata əsasən, Böyük Britaniyanın baş diplomatı kimi ilk telefon danışığında Miliband Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu ifadə edib və Böyük Britaniyanın ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə sadiqliyini təsdiqləyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti