Bakı. Trend:
Rafael Leaonun "Fənərbağça"ya mümkün transferinin şərtləri məlum olub.
Türkiyəli jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, İstanbul klubu "Milan"ın vingerini 40 milyon avroya və ya daha aşağı məbləğə transfer etmək istəyir.
Bildirilir ki, “Fənərbağça” bir müddətdir futbolçunun nümayəndələri ilə danışıqlar aparır. Növbəti mərhələdə isə klub mümkün transferin şərtlərini “Milan” rəhbərliyi ilə müzakirə edəcək. Leao ilə həmçinin "Fənərbağça"nın əzəli rəqibi olan "Qalatasaray" klubu da yaxından maraqlanır.
Leao ötən mövsüm A Seriyasında keçirdiyi 29 oyunda 9 qol vurub.