Rumıniya Rusiyalı diplomatı ölkədən çıxarır

Dünya xəbərləri Materials 27 İyul 2026 17:46 (UTC +04:00)
Rumıniya Rusiyalı diplomatı ölkədən çıxarır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfirini nazirliyə çağıraraq Rusiya diplomatik missiyasının əməkdaşlarından birini “arzuolunmaz şəxs” (persona-non-qrata) elan edib.

“Reuters”in məlumatına görə, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində dərc olunmuş bəyanatında bildirilib.

Rumıniya XİN-in məlumatına görə, Rusiyanın səfiri xarici işlər nazirinin tapşırığı ilə nazirliyə çağırılıb.

Buna səbəb 24–26 iyul tarixlərində Rumıniyanın hava məkanının dəfələrlə pozulması və ölkə ərazisinə pilotsuz uçuş aparatlarının düşməsi olub.

Konkret olaraq hansı diplomatın “arzuolunmaz şəxs” elan edildiyi qeyd olunmur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti