Bakı. Trend:
SOCAR 2026-cı ilin ikinci rübü üzrə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb.
Bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, cari ilin ikinci rübündə SOCAR tərəfindən həyata keçirilən qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3% artaraq 24 min metr təşkil edib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,7 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% artaraq, 12,8 milyard kubmetr təşkil edib. Ümumilikdə, cari ilin ikinci rübündə Azərbaycanda 6,6 milyon tondan çox xam neft hasil olunub.
Bildirilib ki, hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara
3,3 milyon tondan çox neft ixrac edilib. Buraya şirkətin öz
imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə
fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan
neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da
daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı
isə təqribən 2,5 milyard kubmetr təşkil edib. Təbii qaz ixracında
0,5 %, istehlakında isə 4,9 % artım qeydə alınıb.
Məlumata əsasən, cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,4 milyon tondan çox neft, 679 milyon kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 556,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
