ABŞ-nin İranla müharibədəki hərbi itkiləri açıqlandı

Dünya xəbərləri Materials 27 İyul 2026 11:32 (UTC +04:00)
ABŞ-nin İranla müharibədəki hərbi itkiləri açıqlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri 600-dən çox hərbçisi yaralanıb.

Bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Pentaqon ABŞ və İran arasında atəşkəs rejiminin pozulmasından sonra iyulun 7-dən etibarən yenidən başlayan döyüş əməliyyatları ilə bağlı həlak olan və yaralanan hərbçilərə dair statistikanı dərc etməyə başlayıb.

"Rəsmi məlumata görə, həmin tarixdən bu günədək yaralanan hərbçilərin sayı 207 nəfər təşkil edir. Fevralın 28-də müharibə başlayandan bəri isə ümumilikdə 624 hərbçi yaralanıb. Həlak olanların ümumi sayı 18 nəfərdir", – deyə materialda bildirilir.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti