ABŞ-də qida festivalında atışma olub - Ölənlər var

Dünya xəbərləri Materials 27 İyul 2026 09:45 (UTC +04:00)
ABŞ-də qida festivalında atışma olub - Ölənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Sietl şəhərində keçirilən qida festivalında atışma baş verib. “Space Needle” adlı kompleksdə baş vermiş insident nəticəsində azı 2 nəfər həlak olub, beş nəfər yaralanıb.

BBC-nin məlumatına görə, polis atışma ilə bağlı araşdırmaya başlayıb, insanlara zərurət olmadıqca insidentin yaşandığı ərazidən - xüsusilə şəhərin şimal-qərb hissəsində uzaq durmaq tövsiyə olunub.

Yaralılar arasında iki yaşlı körpənin də olduğu bildirilir.

Sietl meri Keti Uilson bildirib ki, atışma ilə əlaqədar artıq bir nəfər şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə aparılıb.

Digər təfərrüatlar hələlik məlum deyil.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti