Bakı. Trend:
Odessa yaxınlığında Türkiyəyə məxsus GOLDEN LEO mülki yük gəmisi batıb.
Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper bildirib.
Onun sözlərinə görə, gəmi iyulun 19-da Ukrayna qarğıdalısı ilə yükləndikdən sonra limanı tərk edərkən raket zərbəsinə məruz qalıb. Hücum nəticəsində doqquz ekipaj üzvü və bir ukraynalı losman həlak olub, səkkiz dənizçi isə xilas edilib.
Kiperin sözlərinə görə, gəmi tam batarkən göyərtədə heç kim olmayıb.