Çexiyanın Baş naziri Berlindəki terror aktını nəzarətsiz miqrasiyanın nəticəsi adlandırıb

Dünya xəbərləri Materials 27 İyul 2026 03:03 (UTC +04:00)
Çexiyanın Baş naziri Berlindəki terror aktını nəzarətsiz miqrasiyanın nəticəsi adlandırıb

Bakı. Trend:

Çexiyanın Baş naziri Andrey Babiş Berlində baş vermiş, bir nəfərin həlak olduğu və 29 nəfərin yaralandığı terror aktının nəzarətsiz miqrasiyanın nəticəsi olduğunu bildirib.

"Bu, dəhşətlidir. Hər bir normal insan belə iyrənc terror aktını dərhal pisləməlidir. Təəssüf ki, bütün bu cür hücumlar nəzarətsiz miqrasiyanın və Avropa İttifaqının uzun illər həyata keçirdiyi "Biz bunun öhdəsindən gələcəyik" ("Wir schaffen das") siyasətinin nəticəsidir", – deyə Çexiya hökumət başçısının sözlərini Idnes xəbər portalı sitat gətirib.

"Biz bunun öhdəsindən gələcəyik! ("Wir schaffen das!") ifadəsini 2015-ci ilin yayında, Avropada miqrasiya böhranının ən gərgin dövründə Almaniyanın o zamankı kansleri Angela Merkel işlədib. O, bu sözlərlə Almaniya ictimaiyyətini əmin etməyə çalışırdı ki, hakimiyyət Yaxın Şərq və Asiya ölkələrindən Almaniyaya və Qərbi Avropanın digər dövlətlərinə gələn yüz minlərlə qanunsuz miqrant və qaçqının inteqrasiyasını təmin edə biləcək.

Xəbər lenti

Xəbər lenti