Braziliyada sabiq prezidentin oğlu Flavio Bolsonaro prezidentliyə namizəd göstərilib

Dünya xəbərləri Materials 25 İyul 2026 21:51 (UTC +04:00)
Braziliyada sabiq prezidentin oğlu Flavio Bolsonaro prezidentliyə namizəd göstərilib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Argentina Prezidenti Xavyer Miley tərəfindən dəstəklənən sabiq prezident Jair Bolsonaronun oğlu Flavio Bolsonaro gələn oktyabrda keçiriləcək prezident seçkilərində atasının yolunu davam etdirərək dövlət başçısı olmağa çalışacaq.

Flavio Bolsonaro şənbə günü Braziliyanın əsas sağçı siyasi qüvvəsi olan Liberal Partiya tərəfindən oktyabr seçkilərində solçu prezident Luiz İnasio Lula da Silvaya qarşı namizəd kimi irəli sürülüb.

2019-2022-ci illərdə Braziliyaya rəhbərlik etmiş və dövlət çevrilişinə cəhd ittihamı ilə həbsdə olan sabiq prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaro San-Pauluda keçirilən partiya qurultayında çıxışı zamanı qolunu göstərərək bildirib: “Bu damarlarda Bolsonaro qanı axır.”

Argentinanın ultraliberal prezidenti Xavyer Miley də şənbə günü Flavio Bolsonaroya dəstəyini ifadə edib və onun əsas rəqibi, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın ölkə üçün “təhlükə” yaratdığını iddia edib.

“Braziliya üzərində dolaşan Lula təhlükəsini aradan qaldırmağa Flavio Bolsonarodan başqa qadir olan heç kimin olmadığına qəti şəkildə inanıram”, – deyə Miley San-Pauluda keçirilən və Jair Bolsonaronun oğlunun namizədliyinin rəsmən təsdiqləndiyi qurultayda bildirib.

Xəbər lenti

Xəbər lenti