Bab Əl-Məndəb ancaq Səudiyyə üçün bağlıdır - Yəmənli husilər

Dünya xəbərləri Materials 24 İyul 2026 17:14 (UTC +04:00)
Bab Əl-Məndəb ancaq Səudiyyə üçün bağlıdır - Yəmənli husilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yəməndən olan husilər strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazının bağlaması ilə bağlı iddiaları təkzib edərək bildiriblər ki, aparılan dəniz əməliyyatları yalnız Səudiyyə Ərəbistanına qarşı məqsədli dəniz blokadası ilə məhdudlaşır.

Qrupun əsas sözçüsü Məhəmməd Əbdül Səlam "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada boğazın tam bağlanması ilə bağlı iddiaları rədd edib.

"Bab əl-Məndəb boğazının bağlanması barədə bəzi dairələrin yaydığı məlumatlar həqiqəti əks etdirmir", – deyə o yazıb.

Onun sözlərinə görə, dəniz blokadası yalnız Səudiyyə Ərəbistanına şamil olunur.

"Bu addım Səudiyyə Ərəbistanının Yəməni mühasirədə saxlamasına və Yəmən xalqının təhlükəsizliyini, suverenliyini və müstəqilliyini təmin edəcək ədalətli həll yolunu qəbul etməməsinə cavab olaraq atılıb", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti