“Zirə” ilk matçda “Payde”yə məğlub olub - Konfrans Liqası

İdman Materials 23 İyul 2026 21:54 (UTC +04:00)
“Zirə” ilk matçda “Payde”yə məğlub olub - Konfrans Liqası

Bakı. Trend:

Bu gün “Zirə” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Estoniyanın “Payde” komandası ilə qarşılaşıb.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb və Pyarnu şəhərindəki “Rannastaadion” arenasında baş tutub.

Moldovalı referi Roman Jitarinin idarə etdiyi matç meydan sahiblərinin minimal qələbəsi ilə başa çatıb – 1:0. 87-ci dəqiqədə Qambiyalı Pa Abdu Çam vurduğu qolla komandasına qələbə qazandırıb.

Cavab qarşılaşması iyulun 30-da baş tutacaq.

Qeyd edək ki, cütün qalibi üçüncü təsnifat mərhələsində Andorranın “Santa Koloma” və Avstriyanın “Rapid” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti