İsrail-Livan danışıqlarının növbəti mərhələsinin məkanı və tarixi açıqlandı

Dünya xəbərləri Materials 22 İyul 2026 15:53 (UTC +04:00)
İsrail-Livan danışıqlarının növbəti mərhələsinin məkanı və tarixi açıqlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail və Livan arasında birbaşa danışıqların yeddinci raundu avqustun 4-də İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək.

Bu barədə İtaliyanın XİN rəhbəri Antonio Tayani parlamentdə çıxışında bildirib.

İsrail tərəfi hələlik danışıqların tarixini təsdiqləməyib.

Qeyd edək ki, ötən həftə Romada keçirilən danışıqların altıncı raundundan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı pilot zonalardan geri çəkilərək, Livan qoşunlarının bölgəyə nəzarəti öz üzərinə götürməsinə şərait yaratmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti