ABŞ-nin İordaniyada aviabazaları atəşə tutulub – SEPAH

Dünya xəbərləri Materials 22 İyul 2026 15:16 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı “Kral Feysəl” və “Prince Hassan” aviabazalarını atəşə tutub.

Bu, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) məlumatında öz əksini tapıb.

“ABŞ-nin İrana hərbi hava hücumlarına reaksiyanın ilk mərhələsi olaraq SEPAH İordaniyada “Kral Feysəl” və “Prince Hassan” aviabazalarına hücum edib. Hücum nəticəsində “F-15” qırıcı təyyarələri və PUA-ların döyüşə hazırlanması anqarları vurulub. Nəticədə 8 ədəd “MQ9” PUA-sı tamamilə məhv edilib və 2 ədəd PUA-ya isə ciddi şəkildə ziyan dəyib”, - deyə məlumatda qeyd olunub.

SEPAH qeyd edib ki, hücumun növbəti mərhələsində hərbi helikopterlərin saxlandığı anqarı vurulub və iki ədəd helikopterə ciddi şəkildə ziyan dəyib.

SEPAH əlavə edib ki, ABŞ hərbçilərinin yerləşdiyi bir mərkəzə hücumda isə bir qrup amerikalı hərbçi ya ölüb, ya da yaralanıb.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti