SOCAR və “Wood Mackenzie” arasında əməkdaşlıq müzakirə edilib

Energetika Materials 22 İyul 2026 14:55 (UTC +04:00)
SOCAR və “Wood Mackenzie” arasında əməkdaşlıq müzakirə edilib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İyukun 22-də SOCAR ilə “Wood Mackenzie” arasında əməkdaşlıq müzakirə edilib.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf “Wood Mackenzie” şirkətinin sədri və baş analitiki Saymon Flauers ilə görüşüb.

Görüşdə Azərbaycanın qlobal enerji bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyi məmnunluqla qeyd olunub.

Qonaqlara SOCAR-ın strateji hədəfləri, beynəlxalq enerji şirkətinə transformasiyası istiqamətində görülən işlər, enerji sektorunun müxtəlif istiqamətləri üzrə fəaliyyəti, Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.

Söhbət zamanı SOCAR ilə “Wood Mackenzie” arasında formalaşmış uğurlu əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər qlobal enerji bazarlarında mövcud meyilləri nəzərdən keçirib, neft və qaz emalı, bərpa olunan enerji, dekarbonizasiya, eləcə də rəqəmsallaşma və analitik həllərin enerji sektorunda tətbiqi və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti