Britaniyanın yeni Baş naziri İrana zərbələr üçün ölkənin bazalarından istifadəyə icazə verib

Dünya xəbərləri Materials 22 İyul 2026 12:20 (UTC +04:00)
Britaniyanın yeni Baş naziri İrana zərbələr üçün ölkənin bazalarından istifadəyə icazə verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniyanın Baş naziri Endi Bernem ABŞ-nin İrana qarşı zərbələr endirməsi üçün Britaniyanın hərbi bazalarından istifadəyə razılıq verib.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, qərar əvvəlki baş nazir Kir Starmerin keçirdiyi müşavirədən sonra qəbul edilib.

İclasda nazirlər ABŞ-yə Hind okeanındakı Dieqo-Qarsiya hərbi bazasından və İngiltərədə yerləşən “RAF Fairford” aviabazasından İranın raket təhdidlərinə və Hörmüz boğazında gəmiçiliyə təhlükə yaradan obyektlərə qarşı əməliyyatlar üçün istifadə etməyə icazə verən mövcud siyasətin saxlanılması barədə razılığa gəliblər.

“Bloomberg”in həmsöhbətlərinin sözlərinə görə, bu həftə vəzifəsinin icrasına başlayan Bernem müşavirənin nəticələri ilə tanış olub və qəbul edilən qərarı dəstəkləyib. Bu isə Britaniya bazalarının ABŞ-nin İrana qarşı hazırkı hərbi əməliyyat mərhələsində istifadə olunacağı ehtimalını artırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti