İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı

Dünya xəbərləri Materials 22 İyul 2026 10:06 (UTC +04:00)
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin İranla müharibəsi Vaşinqtona 37,5 milyard dollara başa gəlib.

"CNN" telekanalının məlumatına görə , bunu ABŞ-nin müharibə naziri Pit Heqset Senatda çıxışı zamanı bildirib.

Məlumata əsasən, demokrat senator Dik Dörbin büdcə dinləmələri zamanı müharibə nazirindən ABŞ və İran arasında atəşkəsin faktiki olaraq başa çatmasından sonra xərclərin daha da artacağını gözləyib-gözləmədiyini soruşub.

Heqset cavabında bildirib ki, 37,5 milyard dolların bir hissəsi maliyyə ilinin sonunadək qoşunların ərzaq təminatı kimi xərcləri də əhatə edir.

Nəşr qeyd edir ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) ilkin hesablamalarına görə, münaqişə ABŞ-yə təxminən 40 milyard dollara başa gəlib. Bununla belə, bu məbləğə artıq 2026-cı maliyyə ili üçün 1 trilyon dollardan çox olan Müdafiə Nazirliyinin büdcəsində nəzərdə tutulmuş əməliyyat xərcləri daxil edilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti