Ukrayna Prezidenti Oleksandr Sırskini vəzifəsindən azad edib

Dünya xəbərləri Materials 22 İyul 2026 00:31 (UTC +04:00)
Ukrayna Prezidenti Oleksandr Sırskini vəzifəsindən azad edib

Bakı. Trend:

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Oleksandr Sırski vəzifəsindən azad edilib. Müvafiq qərarı Prezident Volodimir Zelenski qəbul edib.

Bu barədə Ukrayna Prezidenti "Telegram" kanalında paylaşım edib.

O, çərşənbə axşamı axşam sosial şəbəkədə paylaşdığı videomüraciətdə Silahlı Qüvvələrin baş komandanı Oleksandr Sırskinin vəzifəsindən azad edildiyini açıqlayıb. Dövlət başçısı bildirib ki, bu gün Oleksandr Sırski, Andrey Qnatov və onunla birlikdə orduda xidmətin gələcək formatları və vəzifələrin düzgün ötürülməsi məsələləri müzakirə olunub.

Prezident 2024-cü ilin fevralından bu vəzifədə çalışan Sırskiyə xidmətlərinə görə təşəkkür edib.

"Oleksandr Sırski Kiyevin müdafiəsində, Xarkov əks-hücum əməliyyatında və Kursk əməliyyatında Ukraynanın mühüm nəticələr əldə etməsinə töhfə verib", - deyə Volodimir Zelenski bildirib.

Oleksandr Sırskinin yerinə Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin Komandanı Mixaylo Drapatyi təyin olunub.

Bundan əvvəl Kiyev və ölkənin digər şəhərlərində bir neçə gün davam edən genişmiqyaslı etiraz aksiyalarında Oleksandr Sırskinin istefası tələb olunurdu. Sırski insan itkilərinə kifayət qədər diqqət yetirməməkdə təqsirləndirilirdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti