Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri

Siyasət Materials 21 İyul 2026 16:45 (UTC +04:00)
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Berlin. Trend:

Azərbaycan bizim üçün mühüm rol oynayır və iqtisadi baxımdan da çox maraqlı perspektivlər təqdim edir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında söyləyib.

"Prezident İlham Əliyevə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi apara bildik. Siz Azərbaycandan daha böyük həcmdə qaz tədarükü üçün bizə imkan yaradırsınız. Buna görə Sizə təşəkkürümü bildirirəm. Bu məsələ bu gün imzaladığımız Birgə Bəyannnamədə də öz əksini tapıb”, – deyə Kansler vurğulayıb.

Xəbər lenti

Xəbər lenti