Böyük Britaniyanın yeni Baş naziri hökumət kabinetinin əsas üzvlərini açıqlayıb

Dünya xəbərləri Materials 21 İyul 2026 01:10 (UTC +04:00)
Böyük Britaniyanın yeni Baş naziri hökumət kabinetinin əsas üzvlərini açıqlayıb

Bakı. Trend:

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham hökumət kabinetinin əsas üzvlərini açıqlayıb.

Yeni təyinatlara əsasən, Con Hili maliyyə naziri vəzifəsinə gətirilib. Ed Miliband ölkənin yeni xarici işlər naziri təyin olunub. Şabana Mahmud daxili işlər naziri vəzifəsini qoruyub saxlayıb. Keçmiş xarici işlər naziri İvett Kuper isə səhiyyə naziri təyin edilib.

Baş nazirin Ofisi, həmçinin bildirib ki, Pat Makfadden əmək və pensiyalar naziri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Yeni maliyyə naziri Con Hili ötən ay Kir Starmer hökumətində müdafiə naziri vəzifəsindən istefa vermişdi. O, Maliyyə Nazirliyini müdafiə sahəsinə investisiya planını maliyyələşdirmək istəməməkdə ittiham etmiş, sonradan ayrılan əlavə vəsaitin ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün kifayət etmədiyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti