Bəhreyn, Küveyt və İordaniyada həyəcan təbilləri çalınır

Dünya xəbərləri Materials 20 İyul 2026 09:42 (UTC +04:00)
Bəhreyn, Küveyt və İordaniyada həyəcan təbilləri çalınır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran növbəti raket və dron hücumu dalğası fonunda Bəhreyn, Küveyt və İordaniyada həyəcan təbilləri çalınır.

Bu barədə Qətərin “Al-Jazeera” telekanalı məlumat yayıb.

Küveyt ordusu bildirib ki, ölkənin hava hücumlarından müdafiə qüvvələri artıq bir neçə İran pilotsuz uçuş aparatlarının zərərsizləşdirildiyini açıqlayıb.

Bəhreyndə səhər saatlarından etibarən hava həyəcanı siqnallarının səslənməsindən sonra vəziyyət daha da gərginləşib. ABŞ-nin bu ölkədəki səfirliyi İranın paytaxt Manamaya hücumlar planlaşdıra biləcəyi barədə ABŞ vətəndaşlarını xəbərdar etdiyini bildirib. Səfirlik xüsusilə ABŞ vətəndaşlarını ehtiyat tədbirləri görməyə çağırıb.

İordaniya isə azı üç raketin hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini, daha bir raketin isə yaşayış məntəqələrindən kənar əraziyə düşdüyünü açıqlayıb.

Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə silah-sursat anbarını və hava hücumundan müdafiə radar sistemini hədəfə aldığını bəyan etmişdi. Lakin Küveyt tərəfi bu məlumatı doğrulamayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti