Uqandada avtobus qəzasında ölənlərin sayı 26-ya yüksəlib

Dünya xəbərləri Materials 18 İyul 2026 23:02 (UTC +04:00)
Uqandada avtobus qəzasında ölənlərin sayı 26-ya yüksəlib

Bakı. Trend:

Uqandada məktəb avtobusunun qəzası nəticəsində ölənlərin sayı 26-ya çatıb.

Ölkənin şərqində baş vermiş qəzada ağır yaralanan daha üç şagird həyatını itirib. Bununla da faciə nəticəsində həlak olanların sayı 21 uşaq və beş məktəb işçisi olmaqla 26 nəfərə yüksəlib.

Polisin məlumatına görə, Kampala şəhərində yerləşən "King David Junior School" məktəbinin onlarla şagirdi və müəllimlərini daşıyan avtobus cümə axşamı axşam saatlarında Sipi Falls bölgəsinə ekskursiyadan qayıdarkən qəzaya uğrayıb.

İstintaqın ilkin nəticələrinə əsasən, avtobus Kapçorva rayonunun Çekvatit kəndi yaxınlığında sürücünün idarəetməni itirməsi nəticəsində aşıb və iri daşa çırpılıb.

Həlak olanlardan altı nəfərin şəxsiyyəti hələ müəyyən edilməyib. Qəzada ölən böyüklərdən biri məktəbin təsisçisi və direktoru Tadeo Sekadedir.

Onlarla uşaq müxtəlif xəstəxanalara çatdırılıb. Hazırda 23 yaralı Kapçorva Rayon Xəstəxanasında müalicə alır. Ekskursiyada iştirak edən digər üç nəqliyyat vasitəsi isə məktəbə təhlükəsiz şəkildə qayıdıb.

Uqandanın Təhsil və İdman Nazirliyi cümə günü məktəblərin təşkil etdiyi bütün ekskursiyaların ölkə üzrə müvəqqəti dayandırılması barədə göstəriş verib. Qərarın məqsədi məktəblilərin iştirakı ilə baş verən son yol-nəqliyyat hadisələrinin səbəblərinin hərtərəfli araşdırılmasıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti