Naxçıvanda avtomobil qəzasında bir nəfər həyatını itirib

Hadisə Materials 19 İyul 2026 23:37 (UTC +04:00)
Naxçıvanda avtomobil qəzasında bir nəfər həyatını itirib

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu Yeni Kərki kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə qəzanın baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal Kəngərli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hyundai" markalı minik avtomobili yoldan çıxaraq aşıb və sərnişinlər deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq "Hyundai" avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Məmmədova Gülşən Məmmədbağır qızını, 1981-ci il təvəllüdlü Seyidova Rüqəyya Məmmədbağır qızını və 1959-cu il təvəllüdlü Quluzadə Telli Alı qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Qəza nəticəsində avtomobildə olan bir nəfər sərnişin vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti