Almaniyada güclü qasırğa ciddi fəsadlara yol açıb

Dünya xəbərləri Materials 18 İyul 2026 18:19 (UTC +04:00)
Almaniyada güclü qasırğa ciddi fəsadlara yol açıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən gün Almaniyanın bir sıra federal torpaqlarında o cümlədən cənub bölgəsində baş verən güclü qasırğa ciddi fəsadlara, o cümlədən ictimai nəqliyyatın işində fasilələrə yol açıb.

Bu barədə “Spiegel” nəşri yazıb.

Məlumata görə, xilasedicilər aşan ağaclar, su altında qalan yollar və zirzəmilər, eləcə də əlverişsiz hava şəraitinin yaratdığı yol-nəqliyyat hadisələri ilə bağlı yüzlərlə çağırış qəbul ediblər.

Xüsusilə Berlində əlverişsiz hava şəraiti şəhərətrafı elektrik qatarı “S-Bahn”ın iştirakı ilə qəza ilə nəticələnib. Təxminən 100 sərnişinin olduğu qatar fırtına zamanı relslərin üzərinə aşan ağaca çırpılıb. Toqquşma nəticəsində qatarın ön şüşəsi zədələnsə də, xəsarət alan olmayıb.

Brandenburqda yanğınsöndürmə briqadaları aşan ağaclar, qırılan budaqlar və su basmış zirzəmilərlə bağlı onlarla çağırışa çıxıblar. Ən çox müraciət Kotbus rayonundan daxil olub.

Ən mürəkkəb vəziyyət isə Saksoniya-Anhalt federal torpağında qeydə alınıb. Burada dispetçer xidmətləri qısa müddət ərzində su basmış zirzəmilər və yollar, eləcə də hərəkət hissəsinə aşan ağaclarla bağlı 70-dən çox çağırış qəbul edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti