Konqoda “Ebola”dan ölənlərin sayı 750-ə çatıb

Dünya xəbərləri Materials 15 İyul 2026 07:53 (UTC +04:00)
Konqoda “Ebola”dan ölənlərin sayı 750-ə çatıb

Bakı. Trend:

Konqo Demokratik Respublikasında (KDR) "Ebola" virusuna laboratoriya üsulu ilə təsdiqlənmiş yoluxmaların sayı 2 011-ə yüksəlib.

Bu barədə Rabitə və KİV İşləri Nazirliyinin gündəlik bülletenində məlumat verilib.

Məlumata görə, son 24 saat ərzində daha 20 yoluxma halı qeydə alınıb.

Rəsmi statistikaya əsasən, indiyədək "Ebola" virusundan 754 nəfər həyatını itirib. Ölüm göstəricisi 23,4 faiz təşkil edir.

Hazırda 376 nəfər xəstəxanalarda və tibbi təcrid mərkəzlərində müalicə alır.

Qeyd edək ki, "Ebola" virusunun yayılması mayın 15-də KDR-in şərq bölgələrində və Uqandada başlayıb. Xəstəliyin əsas ocağı Konqonun İturi əyaləti hesab olunur.

Xəbər lenti

Xəbər lenti