Türkiyədə bələdiyyə sədri həyat yoldaşı ilə birgə saxlanılıb (FOTO)

Dünya xəbərləri Materials 20 İyul 2026 10:41 (UTC +04:00)
Farhad
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Səhər saatlarında Türkiyənin İzmit Bələdiyyəsində polis əməliyyatı keçirilib. Bələdiyyə binasında aparılan axtarışlardan sonra İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet və həyat yoldaşı Murat Hürriyet saxlanılıblar.

Bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının bələdiyyə sədrinin evində də axtarışlara başladığı bildirilir.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyyətin uzun illər Xüsusi Katiblik İdarəsinin müdiri vəzifəsində çalışmış Duygu Çetiner, "Leyla Hanım" filminin prodüseri Koral Altın, bələdiyyənin keçmiş Satınalma şöbəsinin müdiri Mehmet Şevket Verit və bələdiyyə sədrinin keçmiş şəxsi sürücüsü Hüseyin Ergül saxlanılmışdı.

Polis idarəsində ifadələri alındıqdan sonra məhkəməyə çıxarılan şübhəlilərdən keçmiş Satınalma şöbəsinin müdiri Mehmet Şevket Verit barəsində həbs qətimkan tədbiri seçilmiş, Hüseyin Ergül isə ifadə verdikdən sonra sərbəst buraxılmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti