Bakı.Trend:
Argentinanın paytaxtı Buenos-Ayresdə ölkə millisinin futbol üzrə 2026-cı il dünya çempionatının finalında məğlub olmasından sonra iğtişaşlar baş verib.
Xarici medianın məlumatına görə, matç başa çatdıqdan sonra minlərlə azarkeş milli komandaya dəstəyini ifadə etmək üçün şəhərdə toplaşıb. Əvvəlcə aksiya dinc şəraitdə keçsə də, sonradan bir qrup şəxs polis əməkdaşlarını daş və şüşə butulkalarla atəşə tutub.
Toqquşmalar nəticəsində 7 polis əməkdaşı xəsarət alıb. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları aqressiv davranan iğtişaş iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər. Ən azı 15 nəfər saxlanılıb.
