Bakı. Trend:
İyulun 21-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80
%, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq
ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.
